• Bakı 14° C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

“Qənirə Paşayeva süni nəfəs aparatına qoşulub, heç bir reaksiya vermir” - Əmisindən AÇIQLAMA

CƏMİYYƏT

24 Sentyabr 2023 | 23:29

“Qənirə Paşayeva süni nəfəs aparatına qoşulub, heç bir reaksiya vermir” - Əmisindən AÇIQLAMA

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva komaya düşüb. O, hazırda Mərkəzi Klinik Xəstəxanadadır və süni nəfəs aparatına qoşulub.

Bakıvaxtı.az xəbər verir ki, Manset.az deputatın vəziyyəti ilə bağlı onun əmisi, professor Qəzənfər Paşayevlə təkrar əlaqə saxlayıb.

Professor qeyd edib ki, deputat Qənirə Paşayevanın vəziyyəti ağır olaraq qalır:

“Qənirə xanım koma vəziyyətindədir. O hazırda süni nəfəs aparatına qoşulub və heç bir reaksiya vermir. Təzyiqində bir az irəliləyiş var. Dövlətimiz və həkimlərimiz Qənirə xanımın səhhəti ilə məşğuldurlar. İnşallah ki, düzələr. Mən bilməzdim ki, insanlarımız Qənirə xanımı bu qədər sevirlər. Mən buna görə çox sevinirəm. İnanıram ki, insanların bu sevgisi Qənirə xanımı xilas edəcək”.


SON XƏBƏRLƏR