• Bakı 17° C

    15.53 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

YPX-dən əhaliyə XƏBƏRDARLIQ

CƏMİYYƏT

28 Mart 2026 | 11:46 | Müəllif: Əli Hüseynov

YPX-dən əhaliyə XƏBƏRDARLIQ

Hazırda respublika ərazisində yağışlı hava şəraiti hökm sürür ki, bu da hərəkət iştirakçıları üçün əlverişsiz mühit yaratmaqla yanaşı, yollarda qəza riskini də əhəmiyyətli dərəcədə artırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində qeyd olunub.

Bildirilib ki, yaranan çətinliklərin aradan qaldırılması məqsədilə gücləndirilmiş iş rejimində xidmət aparan DYP əməkdaşları tərəfindən qabaqlayıcı tədbirlər görülür:

"Lakin yağışlı, çiskinli havalarda yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması və digər kritik hava şərtləri sürücülərdən diqqətli olmağı, qaydalara qeyd-şərtsiz əməl etməyi tələb edir. Bayram tətili günlərində səfərə çıxan əhalinin daimi yaşayış yerlərinə qayıtması ilə əlaqədar yollarda hərəkət intensivliyinin artmasını da nəzərə alaraq, bir daha sürücülərdən hava şəraitini düzgün qiymətləndirməyi, ehtimal olunan təhlükələrə qarşı qabaqlayıcı tədbirlər görməyi, xüsusilə sürət həddini, ara məsafəsini, nəqliyyat vasitələrinin texniki sazlığını nəzarətdə saxlamağı xahiş edirik".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026