q
  • Bakı 15° C

    15.06 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

“Araz” supermarketlər şəbəkəsi “Amedia” platformasını təqdim edib - FOTOLAR

    CƏMİYYƏT

    27 Aprel 2026 | 11:33

    “Araz” supermarketlər şəbəkəsi “Amedia” platformasını təqdim edib - FOTOLAR

    “Veysəloğlu Şirkətlər Qrupu”na (VŞQ) daxil olan “Araz” supermarketlər şəbəkəsi tərəfdaşları üçün yeni nəsil media platforması - “Amedia”nın təqdimatını keçirib.

    Platforma “Footprints AI” ilə əməkdaşlıq çərçivəsində qurularaq müştəri davranışlarının daha dəqiq analizi və fərdiləşdirilmiş marketinq yanaşmalarının tətbiqinə imkan yaradır.

    “Amedia” reklamverənlər üçün çoxkanallı yanaşma təqdim edərək mağazadaxili media (rəqəmsal ekranlar, daxili radio və s.), rəqəmsal media (mobil tətbiq, veb-sayt, sosial media), ənənəvi kanalları (e-mail, sms və s.) vahid platformada birləşdirir. Bu yanaşma brendlərə düzgün hədəf auditoriyaya doğru zamanda və uyğun kanalda çatmaq imkanı verir.

    “Amedia” kampaniyaların planlaşdırılması, icrası və ölçülməsini tam şəkildə əhatə edir. Reklamverənlər auditoriya seçimi, büdcə planlaşdırılması və məhsul səviyyəsində hədəfləmə ilə yanaşı, kampaniyaların nəticələrini real vaxt rejimində izləyə bilirlər. Kampaniyaların satışa təsiri, əlavə satışlar və reklam xərclərinin gəlirliliyi kimi göstəricilər süni intellekt vasitəsilə dəqiqliklə ölçülür.

    “Footprints AI” texnologiyası real müştəri davranışlarına əsaslanan, məxfiliyi qoruyan auditoriyalar yaradır və reklamların effektivliyini artırır. Platformanın ağıllı analitika funksiyası vasitəsilə müştəri davranışları, kampaniya effektivliyi və satış göstəriciləri operativ şəkildə təhlil olunur.


    SON XƏBƏRLƏR

    26 Aprel 2026