• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

"Kahı" yükünün içərisində külli miqdarda marixuana aşkar edilib

CƏMİYYƏT

28 Mart 2026 | 12:56 | Müəllif: Əli Hüseynov

"Kahı" yükünün içərisində külli miqdarda marixuana aşkar edilib

Dövlət Gömrük Komitəsi (DGK) "kahı, kərəviz və gül kələm" yükü daşıyan nəqliyyat vasitəsində 56 kiloqramdan artıq marixuana aşkar edib.

Bakıvaxtı.az bu barədə DGK-ya istinadən xəbər verir.

Bildirilib ki, Biləsuvar Gömrük İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik maddə müəyyən olunaraq qanunsuz dövriyyədən çıxarılıb.

"Kahı, kərəviz və gül kələm" yükü daşıyan nəqliyyat vasitəsinə "Biləsuvar" gömrük postunda kinoloji xidmət itinin köməyi ilə ətraflı gömrük yoxlaması tətbiq edilib. Yoxlama gedişində nəqliyyat vasitəsindəki "kahı" yükünün arasında qablaşdırılaraq gömrük nəzarətindən gizli şəkildə keçirilmək istənilən ümumi təmiz çəkisi 56 kiloqram 585 qram olan xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkar olunub.

Hadisə ilə əlaqədar araşdırma davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR