q
  • Bakı 15° C

    15.06 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

İmtahanlarda açıq suallar hələ də əsas çətinlikdir

CƏMİYYƏT

27 Aprel 2026 | 12:16

İmtahanlarda açıq suallar hələ də əsas çətinlikdir

11 illik buraxılış imtahanlarında açıq və qapalı tipli tapşırıqlar üzrə nəticələrdə fərqli dinamika müşahidə olunur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər” adlı tədbirdə təqdimat zamanı məlumat verilib.

Bildirilib ki, açıq tipli test tapşırıqları üzrə nəticələr illər üzrə dəyişkən olub. Belə ki, 2021-2022-ci tədris ilində 24.61 faiz olan göstərici 2022-2023-cü ildə 16.09 faizə düşüb, sonrakı illərdə isə yenidən artaraq 26.19 faizə yüksəlib və son mərhələdə 25.04 faiz səviyyəsində qərarlaşıb.

Qapalı tipli test tapşırıqları üzrə isə artım tendensiyası qeydə alınıb. 2021-2022-ci ildə 45.22 faiz olan nəticə növbəti illərdə ardıcıl şəkildə yüksələrək 54.96 faizə çatıb.

Təqdimatda qeyd olunub ki, bu göstəricilər yeni imtahan modelinin tətbiqi və şagirdlərin bacarıqlarının qiymətləndirilməsi istiqamətində aparılan dəyişikliklərin nəticəsi kimi qiymətləndirilir.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR