q
  • Bakı 15° C

    15.06 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

Bu şəxslərin vergi ödənişləri AZADILDI

CƏMİYYƏT

27 Aprel 2026 | 12:26

Bu şəxslərin vergi ödənişləri AZADILDI

Milli Məclis minatəmizləmə fəaliyyəti zamanı həlak olan minatəmizləyənlərin ailələrinə sosial dəstəyin artırılması ilə bağlı qanun dəyişikliyini son oxunuşda qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, dəyişikliyə əsasən, həlak olmuş minatəmizləyənlərin övladlarının təhsil haqqı dövlət büdcəsi hesabına ödəniləcək. Vergi Məcəlləsinə uyğun olaraq, onların ailə üzvlərinin vergi tutulan aylıq gəlirindən 400 manat azad ediləcək. Bu güzəştlər 2026-cı il 15 sentyabrdan tətbiq ediləcək və əvvəlki dövrdə həlak olanların övladlarına da (23 yaşadək) şamil olunacaq.

Qanunun məqsədi bu ailələrin sosial rifahını yaxşılaşdırmaq və dövlət dəstəyini gücləndirməkdir.

Əli Hüseynov


SON XƏBƏRLƏR