q
  • Bakı 15° C

    15.06 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

"Atama saysız yalan demişəm..." - Nazilə Səfərli

ŞOU

27 Aprel 2026 | 11:20

Atama saysız yalan demişəm... - Nazilə Səfərli

Şair və qiraətçi Nazilə Səfərli atasının vəfatı ilə bağlı xatirələrini bölüşərkən göz yaşlarını saxlaya bilməyib.

Bakıvaxtı.az xəbər verir ki, o bildirib ki, atasının gənclik illərindən bir gözü protez olub və bu səbəbdən ailədə heç kim onun gözünə birbaşa baxmağa cürət etməyib:

"Atamın gənclikdən bir gözü şüşə idi. Ona görə də heç vaxt gözünə birbaşa baxmırdıq. Onu incitməmək üçün bu mövzuda heç vaxt sual vermirdik, sanki damarına basmamaq üçün diqqətli davranırdıq.  Sağlam olan digər gözündə isə damar problemi yaranmışdı. Görmə qabiliyyəti zəiflədiyi üçün yıxılmışdı.

Atamın gözlərini son dəfə tam açıq halda gördüm, sanki Əzrayılla görüşürdü. Bizimlə çox səliqəli şəkildə vidalaşdı. Əl-ayağını düzəldib qibləyə uzatdılar. Gözləri tam açıq halda baxırdı. Həmin an anladım ki, mənim gözlərimin rəngi atamın gözlərinin rəngidir.

Heç birimiz qışqırmadıq. Mən içimdə səssizcə özmümü döyürdüm. "5 il ərzində atama saysız yalan deyirdim ki, sağalıb. Hamıya onun qonaq olduğunu söyləyirdim".

Onun səmimi və təsirli sözləri verilişdə duyğulu anlara səbəb olub./Milli.Az


SON XƏBƏRLƏR

26 Aprel 2026