q
  • Bakı 17° C

    14.46 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

Misli Premyer Liqası: "Sabah" üçün asan, "Zirə" üçün çətin rəqib

İDMAN

27 Aprel 2026 | 08:50

Misli Premyer Liqası: Sabah üçün asan, Zirə üçün çətin rəqib

Bu gün futbol üzrə Misli Premyer Liqasında 29-cu tura yekun vurulacaq.

Bakıvaxtı.az xəbər verir ki, son oyun günündə iki matç keçiriləcək.

Günün ilk qarşılaşmasında "Turan Tovuz" öz meydanında "Zirə"ni qəbul edəcək. Tovuz şəhər stadionunda baş tutacaq qarşılaşma saat 18:00-da start götürəcək. "Turan Tovuz" klubu 28 turdan sonra 55 xalla üçüncü, "Zirə" isə 45 xalla dördüncü yerdə qərarlaşıblar.

Günün digər qarşılaşmasında isə lider "Sabah" öz meydanında autsayder "Karvanı"ı qəbul edəcək. Bank Respublika Arenada keçiriləcək bu maraqlı qarşılaşma saat 20:00-da başlayacaq. "Sabah" 69 xalla turnir cədvəlində liderdir, yevlaxlılar isə 14 xalla sonuncu yerdədirlər.


SON XƏBƏRLƏR

26 Aprel 2026