q
  • Bakı 15° C

    15.06 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

Azərbaycanla Efiopiya arasında saziş ratifikasiya edilib

SİYASƏT

27 Aprel 2026 | 12:18

Azərbaycanla Efiopiya arasında saziş ratifikasiya edilib

Milli Məclis Azərbaycanla Efiopiya arasında müdafiə sahəsində əməkdaşlıq haqqında sazişi ratifikasiya edib.

Bakıvaxtı.az xəbər verir ki, saziş 2026-cı il 27 fevralda Bakıda imzalanıb və tərəflər arasında müdafiə sahəsində əməkdaşlığın hüquqi bazasını formalaşdırır. Əsas məqsəd hərbi təhsil, təlim, sülhməramlı və humanitar əməliyyatlar, maddi-texniki təminat və hərbi-texniki əməkdaşlıq kimi istiqamətlərdə əlaqələrin genişləndirilməsidir.

Əməkdaşlıq formalarına rəsmi səfərlər, ikitərəfli görüşlər, təlimlərdə iştirak, müdafiə sərgiləri və məsləhətləşmələr daxildir. Sazişin icrası Azərbaycan və Efiopiyanın Müdafiə nazirliklərinə həvalə olunub.

Layihə plenar iclasda bir oxunuşda qəbul edilib.

Əli Hüseynov


SON XƏBƏRLƏR