q
  • Bakı 15° C

    15.06 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

Hikmət Babaoğlu: Azərbaycan seçki modeli çox mükəmməldir

SİYASƏT

27 Aprel 2026 | 11:29

Hikmət Babaoğlu: Azərbaycan seçki modeli çox mükəmməldir

Dövlət müstəqilliyinin bərpası və xüsusilə ulu öndərin hakimiyyətə qayıdışından sonra ölkədə azad, şəffaf və demokratik seçkilərin keçirilməsi üçün fundamental addımlar atılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü plenar iclasında deputat Hikmət Babaoğlu deyib.

O xatırladıb ki, u dövrdən etibarən Azərbaycanda ümumilikdə 24 seçki, o cümlədən 8 prezident və 8 parlament seçkisi keçirilib ki, bu proseslərin hər biri həm yerli xalq, həm də beynəlxalq birlik tərəfindən legitim şəkildə tanınıb.

Deputat çıxışında seçki komissiyalarının formalaşdırılması prinsipi xüsusi qeyd olunur və bu strukturun olduqca ədalətli olduğu bildirib: 

"Belə ki, komissiya tərkibində hakim partiya ilə yanaşı, müstəqil deputatların və müxalif düşüncəli şəxslərin nümayəndələrinin birgə təmsil olunması seçki sisteminin demokratik xarakterini nümayiş etdirir. Müəllifin fikrincə, bu üç müxtəlif komponentin vahid komanda şəklində fəaliyyət göstərməsi Azərbaycanın siyasi mühitində ədalətli mübarizə imkanlarını genişləndirir".

Eyni zamanda, o vurğulayıb ki, Azərbaycanda tətbiq edilən seçki modelinin bir çox inkişaf etmiş ölkələrlə müqayisədə daha mükəmməldir və yüksək səviyyəli şəffaflığ təmin edir: 

"Müasir texnologiyaların, xüsusən də veb-kameraların tətbiqi və geniş müşahidəçi şəbəkəsinin fəaliyyəti bu şəffaflığın bariz nümunəsi kimi göstərilir. Mərkəzi Seçki Komissiyasının apardığı maarifləndirmə işləri və tətbiq edilən yeni metodoloji üsullar Azərbaycanın seçki təcrübəsini yeni və keyfiyyətli bir mərhələyə yüksəldib".

Əli Hüseynov


SON XƏBƏRLƏR

26 Aprel 2026