q
  • Bakı 15° C

    15.06 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

Günay Ağamalı: Azərbaycanda seçki institutu möhkəmləndirilib

SİYASƏT

27 Aprel 2026 | 11:52

Günay Ağamalı: Azərbaycanda seçki institutu möhkəmləndirilib

“Vətəndaşların azad iradəsinə əsaslanan və qanuni şəkildə formalaşmasını təmin edən əsas mexanizmdir.”

Bakıvaxtı.az-ın xəbərinə görə, bu sözləri Milli Məclisdə çıxış edən deputat Günay Ağamalı bildirib.

O söyləyib ki, Mərkəzi Seçki Komissiyası seçki prosesinin şəffaf, ədalətli və qanunvericiliyə uyğun keçirilməsini təmin edən əsas qurumdur. Onun sözlərinə görə, komissiyanın tərkibinin müəyyənləşdirilməsi dövlətin dayanıqlı inkişafı baxımından strateji əhəmiyyət daşıyır və təklif olunan namizədlərin peşəkarlığı, təcrübəsi və dövlətə sədaqəti bu məsuliyyətli vəzifənin layiqincə icrasına zəmin yaradır.

Günay Ağamalı qeyd edib ki, Azərbaycan dövləti seçki institutlarının möhkəmləndirilməsinə və seçki prosesinin şəffaflığının artırılmasına daim xüsusi önəm verir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində seçki mühiti müasirləşdirilib, texnoloji imkanlar genişləndirilib və sistem beynəlxalq standartlara uyğunlaşdırılıb.

Deputat vurğulayıb ki, seçki sisteminə etimad birbaşa onu idarə edən şəxslərin peşəkarlığı və obyektivliyi ilə bağlıdır. O, MSK-nın yeni tərkibində təmsil olunacaq şəxslərin yüksək məsuliyyətlə fəaliyyət göstərəcəyinə inamını ifadə edib və bildirib ki, mövcud regional və qlobal çağırışlar fonunda Azərbaycanın daxili sabitliyinin qorunması xüsusi əhəmiyyət daşıyır.

“Bu sabitliyin memarı möhtərəm cənab Prezident İlham Əliyevdir. Seçki institutlarının güclü və etibarlı olması sabitliyin əsas təminatlarından biridir,” – Günay Ağamalı əlavə edib.

O, komissiyanın tərkibinin formalaşmasının ölkənin demokratik inkişafına və hüquqi dövlət quruculuğuna mühüm töhfə olduğunu bildirib və qanun layihəsinə dəstək verilməsini xahiş edib.

Əli Hüseynov


SON XƏBƏRLƏR

26 Aprel 2026