• Bakı 14° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Saray MTK sakinlərə ciddi problem yaratdı - VİDEO

CƏMİYYƏT

28 Mart 2026 | 12:29 | Müəllif: Əli Hüseynov

Saray MTK sakinlərə ciddi problem yaratdı - VİDEO

İki gündür davam edən intensiv yağışlar bəzi ərazilərdə ciddi problemlərə səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, "Unikal"ın məlumatına görə, Abşeron rayonu ərazisində yerləşən Saray MTK-nın uzun müddətdir apardığı tikinti işləri kanalizasiya sistemində ciddi problemlər yaradıb və bu vəziyyət ətrafda yaşayan sakinlərin həyatını çətinləşdirib.

Belə ki, tikinti zamanı ərazinin qazılması nəticəsində yağan güclü yağış suları yaşayış evlərinin həyətlərinə dolub, ev sahiblərinə ziyan vurub.

Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı MTK rəhbərliyinə dəfələrlə müraciət olunsa da, problemin aradan qaldırılması istiqamətində hələlik hər hansı tədbir görülməyib.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026