• Bakı 14° C

    6.51 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

İcra hakimiyyətinin başçısı vəzifəsi ləğv ediləcək? - AÇIQLAMA

CƏMİYYƏT

29 Mart 2023 | 16:13

İcra hakimiyyətinin başçısı vəzifəsi ləğv ediləcək? - AÇIQLAMA

“Hər bir yeni idarəetmə modeli öz səmərəliliyi ilə, insanlara faydalılığı ilə fərqlənməlidir və belə olan halda həmin model qəbul edilə bilər. Çünki idarəetmədə təkmilləşdirmənin aparılması, yeni üsulların, formaların tətbiqi dövrün, zamanın tələblərinə əsaslanmaqla həm də özünün faydalılığı ilə fərqlənməlidir”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyevin Məsim Məmmədovu Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən “Azad edilmiş ərazilərdəki yeni idarəetmə modeli ölkəmizin bütün digər hissələrində də tətbiq edilməlidir” sözlərini şərh edərkən Milli Məclisin deputatı Tahir Rzayev bildirib.

Deputatın sözlərinə görə, əgər yeni model faydalı, səmərəli olursa sözsüz ki, o, tətbiq olunmalıdır: “Yeni modellərin tətbiqi sözsüz ki, gələcəyə hesablanıb və gələcəyə hesablanan bu modellərin özləri bu gün sınaq ərəfəsindədir və yaxşı cəhətdən özlərini göstərməkdədir. Çünki bu modellər, yerli nümayəndələrin seçilməsi bilavasitə ölkə rəhbəri ilə və mühüm şəxslərlə birbaşa əlaqənin yaradılmasına, işin operativliyinin təmin olunmasına xidmət edir. Bu da yaxşı haldır. Çünki işğaldan azad olunmuş ərazilərdə bu modelin tətbiq olunması həmin ərazilərdə tikinti, abadlıq, quruculuq işlərinin daha sürətlə aparılmasını, həm də həmin işlər üzərində nəzarətin tətbiq edilməsini nəzərdə tutur və özünü indiyə kimi doğrultmaqdadır. Dövlət başçısı da Laçın rayonuna özünün nümayəndəsinin - Nəsib Məmmədovun təyin edilməsi ilə əlaqədar çıxışında bir daha bu amillərə çox böyük diqqət yetirdi və qarşıda duran vəzifələri müəyyənləşdirdi. O bildirdi ki, işğaldan azad olunmuş Laçın rayonunda çox ciddi problemlər var və problemlərin həll olunması üçün mütləq işlək mexanizm lazımdır. O da təbii ki, təyin olunan nümayəndənin təşkilatçılıq qabiliyyətindən, onun hadisələr reaksiyasından və isə münasibətindən çox asılıdır. Çünki həmin ərazilərdə artıq iri infrastruktur layihələri həyata keçirilir və sözsüz ki, müəyyən olunmuş müddətdə həmin rayona öz sakinləri qaytarılacaq. Ona görə orada nəzərdə tutulmuş vəzifələr tez bir zamanda həyata keçirilməlidir”.

Deputat bildirib ki, bu model özünü doğruldarsa icra orqanlarından bilavasitə asılılıq aradan qaldırıla bilər və icra orqanları ləğv edilə bilər: “Bu, təbii ki cənab prezidentin səlahiyyətindədir. Ona görə də bu seçim edilib, əgər bu seçim effekt verirsə, faydalıdırsa gələcəkdə bütün ərazilərdə bunun tətbiqi labüddür”.

Ramid İbrahimov


SON XƏBƏRLƏR

28 Mart 2024