• Bakı 7° C

    1.09 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Qubada 17 yaşlı qızın ana olması ilə bağlı DİN-dən AÇIQLAMA

CƏMİYYƏT

28 Aprel 2023 | 15:08

Qubada 17 yaşlı qızın ana olması ilə bağlı DİN-dən AÇIQLAMA

“Hamiləliyin 16 yaşından sonra baş verməsi cinayət tərkibi yaratmır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu  DİN-in Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov bildirib.

“Sözügedən məsələ ilə bağlı Xaçmaz RPŞ-nin istintaq bölməsində araşdırma aparılıb və hamiləliyin 16 yaşından sonra baş verməsi cinayət tərkibi yaratmır. Ona görə qanunamüvafiq olaraq cinayət işinin başlanılması rədd edilib. Hazırda faktla bağlı araşdırma aparılır”.

***

Quba rayonunda 17 yaşlı qız ana olub.

Quba Rayon Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Aynur Seyidovanın  verdiyi məlumata görə, aprelin 27-də günorta 13 radələrində Xaçmaz rayonunun Gödəkli kənd sakini, 17 yaşlı A.V. doğuş üçün xəstəxanaya müraciət edib:

“Körpə təbii doğuşla dünyaya gəlib. Ananın vəziyyəti kafidir, uşaq reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər ananın yetkinlik yaşına çatmadığı dövrdə hamilə qalmasını müəyyən edərək aidiyyəti üzrə polisə məlumat veriblər”. 

Hazırda hadisə ilə bağlı polis araşdırmalara başlayıb.

Qeyd edək ki, Azərbaycanda 17 yaşına çatmamış şəxslərin nikaha daxil olması qanunla qadağandır. Həmçinin yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaq cinayət məsuliyyəti yaradır. /Oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR