Venesuela və Paraqvay hökumətləri rəsmi olaraq diplomatik münasibətləri bitirdiklərini bəyan ediblər.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Belə ki, Venesuela və Paraqvay müxalifət koalisiyasının prezidentliyə namizədi Edmundo Qonzaleslə bağlı fikir ayrılıqlarına görə diplomatik əlaqələri kəsdiklərini açıqlayıblar.
Bu barədə "Telegram" hesabında məlumat yayan Venesuelanın xarici işlər naziri İvan Gil qeyd edib:
"Venesuela Paraqvayın bəyanatlarını qəti şəkildə rədd edir. Paraqvay kimi hökumətlərin öz xarici siyasətlərini xarici güclərin maraqlarına tabe etməkdə davam etmələri təəssüf doğurur. Demokratik prinsipləri pozan bu cür hadisələri dəstəkləmirik".
Paraqvay hökuməti də bəyanatında Venesuela ilə diplomatik əlaqələri kəsdiyini açıqlayıb.
Əli Hüseynov