• Bakı 20° C

    1.46 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Bayden aktyor olmaq istəyir?

DÜNYA

06 Fevral 2025 | 00:39 | Müəllif: Subhan Mahmudov

Bayden aktyor olmaq istəyir?

ABŞ-ın keçmiş prezidenti Co Baydenin vəzifəsindən ayrıldıqdan sonra verdiyi qərar onun tərəfdarlarını xeyli təəccübləndirib.

Bakıvaxtı.az xəbər verir ki, bir çoxları Baydenin istirahət edəcəyini düşünsə də, o, aktyorluq agentliyi ilə müqavilə imzalayıb.

Belə ki, “Creative Artists Agency” (CAA) Baydenlə müqavilənin fotosunu da sosial media səhifələrində paylaşıb.

Baydenin bu addımı izləyicilərin gülüşünə səbəb olub.

Hətta ABŞ Prezidenti Donald Tramp da sələfinin sözügedən qərarına reaksiya verərək, bunun gözlənilməz olduğunu söyləyib.

Baydenin müqaviləni hansı şərtlərlə imzaladığı, nə kimi çalışacağı bəlli deyil./axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026