• Bakı 30° C

    1.21 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

İl-76 təyyarəsinin qəzaya uğradığı yerdə raket qalıqları aşkarlandı

DÜNYA

25 Yanvar 2024 | 18:13

İl-76 təyyarəsinin qəzaya uğradığı yerdə raket qalıqları aşkarlandı

İl-76 təyyarəsinin Belqorod vilayətində qəzaya uğradığı yerdə zenit-idarə olunan raketin qalıqları aşkarlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS əməliyyat xidmətlərinə istinadən məlumat yayıb. 

Məlumata görə, bu qalıqlar təyyarəyə xarici təsirin olduğunu təsdiqləyir, onlar ekspertizaya göndəriləcək: "Bütün metal qırıntılarının axtarışını hərbçilər, müstəntiqlər və kriminoloqlar aparır". 

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, yanvarın 24-də İl-76 hərbi-nəqliyyat təyyarəsi Belqorod vilayətində Ukraynanın Xarkov vilayətindən iki zenit raketi ilə vurulub. Təyyarədə 65 ukraynalı məhbus və 9 rusiyalı olub. Onların hamısı ölüb. 


SON XƏBƏRLƏR