İldırım vurması nəticəsində şəhid olan Davud Məmmədli torpağa tapşırılıb.
Bakıvaxtı.az xəbər verir ki, 20 yaşlı əsgər Davud Fuad oğlu Məmmədli xidmətdə olarkən ildırım vurması nəticəsində şəhid olub.
Hadisə Daşkəsən rayonunda hərbi hissələrin birində qeydə alınıb.
Davud Məmmədli Bakının Suraxanı rayonu Əmircan qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib. /Oxu.az
















