• Bakı 13° C

    13.21 m/s

  • USD - 1.7

    EUR - 1.8297

    RUB - 0.0185

İlham Əliyev: Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

SİYASƏT

26 Aprel 2024 | 14:53

İlham Əliyev: Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Son vaxtlar mənim Almaniyaya səfərlərim müntəzəm xarakter alıb. Deyə bilərəm ki, son müddət ərzində Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır.

Bakıvaxtı.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında deyib.

Keçən ilin martında Berlində, iki ay əvvəl Münxendə Kansler ilə görüşdüyünü xatırladan dövlətimizin başçısı bildirib: “İkitərəfli gündəlik kifayət qədər genişdir. Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir”.


SON XƏBƏRLƏR