• Bakı C

    13.71 m/s

  • USD - 1.7

    EUR - 1.7732

    RUB - 1.8979

İlham Əliyev İndoneziya Nümayəndələr Palatasının sədrini qəbul edib - YENİLƏNİB + FOTO

SİYASƏT

19 Fevral 2025 | 21:17

İlham Əliyev İndoneziya Nümayəndələr Palatasının sədrini qəbul edib - YENİLƏNİB + FOTO

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 19-da İndoneziya Nümayəndələr Palatasının sədri Puan Maharanini qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, söhbət zamanı Bakıda keçirilən Asiya Parlament Assambleyasının “Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu” mövzusuna həsr edilmiş 15-ci plenar sessiyasının önəminə toxunuldu, bu tədbirin parlamentlərarası əməkdaşlığın gücləndirilməsi işinə töhfə verəcəyinə ümidvarlıq ifadə olundu.

Görüşdə Azərbaycanla İndoneziya arasında əlaqələrin perspektivləri, həmçinin parlamentlərimiz arasında əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparıldı.

Qonaq dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.

***20:00

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 19-da İndoneziya Nümayəndələr Palatasının sədri Puan Maharanini qəbul edib.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.


SON XƏBƏRLƏR

20 Fevral 2025