• Bakı 15° C

    4.32 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.0852

Türkiyə səfirliyi Azərbaycana başsağlığı verib

SİYASƏT

21 Mart 2025 | 21:04

Türkiyə səfirliyi Azərbaycana başsağlığı verib

 Türkiyənin Bakıdakı səfirliyi Gədəbəy rayonunda Azərbaycan hərbi qulluqçularının qar uçqunu nəticəsində həlak olması ilə əlaqədar Azərbaycana başsağlığı verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə diplomatik missiyanın sosial şəbəkə hesabında paylaşım edilib.

“Martın 19-da Gədəbəydə qar uçqunu altında qalan iki Azərbaycan əsgərinin vəfat etdiyini bu gün təəssüflə öyrəndik.

Baş vermiş faciəli hadisə nəticəsində həlak olmuş qardaşlarımıza Allahdan rəhmət diləyir, Can Azərbaycan xalqına başsağlığı veririk”, – başsağlığı mətnində qeyd olunub.

Xatırladaq ki, daha əvvəl qar uçqununa düşmüş hərbçilərin nəşi tapılmışdı.


SON XƏBƏRLƏR

23 Aprel 2025