• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

İlham Əliyev italiyalı naziri qəbul etdi - YENİLƏNİB

SİYASƏT

01 Mart 2024 | 14:07

İlham Əliyev italiyalı naziri qəbul etdi - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında iştirak edən İtaliya Respublikasının ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto-Fratini qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, Cilberto Piketto-Fratin İlham Əliyevi prezident seçkilərində qələbəsi və COP29-un ölkəmizdə keçirilməsi münasibətilə təbrik edib.

    Dövlət başçısı təbriklərə görə minnətdarlığını bildirib.

    İtaliyalı nazir bu il ölkəsinin G7 formatının rəhbəri qismində çıxış etdiyini deyərək bu əməkdaşlıq formatında COP29-a ev sahibliyi edən Azərbaycan tərəfinin G7 ölkələrinin ekologiya və mineral ehtiyatlar nazirlərinin xüsusi görüşünə qatılmasının vacibliyini bildirib və bununla bağlı dəvəti çatdırıb.

    Görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrə toxunulub, çox sayda İtaliya şirkəti, o cümlədən “Ansaldi”, “Leonardo”, “Maritexnimont” və bir sıra digər şirkətlərin Azərbaycan ilə əməkdaşlıq etməsi, işğaldan azad olunmuş ərazilərilərimizdə İtaliya şirkətlərinin fəaliyyət göstərməsi məmnunluqla qeyd olunub.

    Söhbət zamanı əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

    ***

    11:51

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında iştirak edən İtaliya Respublikasının ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto-Fratini qəbul edib.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.


    SON XƏBƏRLƏR

    26 Iyul 2024