• Bakı 13° C

    13.01 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

İlham Əliyevin Almaniya səfəri: Berlin-Bakı münasibətlərində işgüzar və strateji tərəfdaşlıq maraqları

SİYASƏT

26 Aprel 2024 | 12:10

İlham Əliyevin Almaniya səfəri: Berlin-Bakı münasibətlərində işgüzar və strateji tərəfdaşlıq maraqları

"Prezident İlham Əliyevin Almaniyaya səfəri Berlin-Bakı münasibətlərində işgüzar və strateji tərəfdaşlıq maraqlarının nə qədər irəliləyə biləcəyini ölçəcək".

Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib.

Ekspert bildirib ki, Almaniya Rusiya-Ukrayna müharibəsi səbəbilə də Çinə meyillənən siyasətə üstünlük verir:

"Bu da Əliyevin səfərinə daha geniş pəncərədən baxmağı aktuallaşdırır - Orta Dəhliz kontekstinin əhəmiyyəti, Bakının Rusiya-Qərb-Çin üçbucağındakı qiymətli balansı fonunda. Dövlət başçısı İlham Əliyev Almaniya ilə münasibətlərin inkişafına önəm verir. Bu, Avropa İttifaqının hərbi güc cəhətdən qüdrətli ölkəsi olan Fransanın Cənubi Qafqazda yarada biləcəyi risklərə qarşı çevik manevrlər qazandırır.

Berlinin ümumi mənzərədə risklərin aradan qaldırılması gündəliyindəki roluna gəlincə, ölkə rəhbəri İlham Əliyev bunları dəqiqləşdirməlidir".

Aqşin Kərimov, siyasi şərhçi

Analitik vurğulayıb ki, Azərbaycan liderinin Almaniyaya səfəri zamanı iqtisadi əməkdaşlığın dərinləşdirilməsindən tutmuş, təhlükəsizlik məsələlərinə qədər geniş mövzuların müzakirə predmeti olacağı istisna deyil:

"Bir sözlə, Bakı ilə Berlin arasında müştərək strategiya qurulması Almaniyanın Cənubi Qafqazla əlaqədar kritik qərarlar qəbul edərkən Azərbaycanın yaratdığı geosiyasi aspektləri nəzərə almasını şərtləndirir. Həmçinin, Almaniyanı Cənubi Qafqazda Azərbaycanın iqtisadi portfelinə sərmayə qoymasını təşviq edir. Fransanın Berlin vasitəsi ilə neytrallaşdırılmasını stimullaşdırır".

Aydın Baxış


SON XƏBƏRLƏR