• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“İlin sonunda “Sarmat” döyüş növbətçiliyində olacaq” - Putin

DÜNYA

21 Iyun 2022 | 14:57

“İlin sonunda “Sarmat” döyüş növbətçiliyində olacaq” - Putin

Bu gün zabit və əsgərlərimiz vətənimiz, xalqımız uğrunda fədakarlıqla döyüşür, Donbası neonasistlərdən müdafiə edirlər.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ali hərbi təhsil müəssisələrinin məzunları ilə görüşündə bildirib.

O, Rusiyanın Silahlı Qüvvələri inkişaf etdirməyə və gücləndirməyə davam edəcəyini söyləyib.

Putin dünyada analoqu olmayan S-500 komplekslərinin qoşunlara daxil olmağa başladığını da xatırladıb.

Rusiya Prezidenti "Sarmat" strateji raket sisteminin ilin sonunda döyüş növbətçiliyində olacağını da qeyd edib.

Qeyd edək ki, “Sarmat” ağır çoxpilləli maye yanacaqlı qitələrarası ballistik raketə malik beşinci nəsil Rusiya strateji raket sistemidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026