• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Hindistanın aviadaşıyıcı gəmisi yandı

DÜNYA

21 Iyul 2022 | 12:55

Hindistanın aviadaşıyıcı gəmisi yandı

Hindistanın “Vikramaditya” aviadaşıyıcı gəmisində yanğın baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Hindistan Hərbi Dəniz Qüvvələrinin komandanlığı məlumat yayıb.

Yanğın Karnataka sahillərində aviadaşıyıcının 18 aylıq təmirdən sonra sınağı zamanı baş verib.

Artıq yanğın lokallaşdırılıb. Tələfat barədə məlumat yoxdur.

Komissiya insidentin səbəblərini araşdırır.

Qeyd edək ki, “Vikramaditya” aviadaşıyıcısı “Admiral Qorşkov” ağır aviadaşıyıcı kreyserinin modernləşdirilmiş versiyasıdır. Gəmi 2013-cü il noyabrın 16-da Rusiya-Hindistan sövdələşməsinə uyğun olaraq 2,33 milyard dollar məbləğində Hindistan Hərbi Dəniz Qüvvələrinə təhvil verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026