• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Avropada quraqlıq: İspaniyada "Stonehenge" üzə çıxdı

DÜNYA

20 Avqust 2022 | 11:56 | Müəllif: Qalib İbrahimoğlu

Avropada quraqlıq: İspaniyada "Stonehenge" üzə çıxdı

Avropada qlobal istiləşmənin təsiri quraqlıq böhranı yaşanır. Çaylar qurumaq həddinə gəlib.

Bakıvaxtı.az xəbər verir ki, son 30 ilin ən quraq dövrünün yaşandığı İspaniyada 1995-ci ildən bəri ilk dəfə bənd və gölməçələrdə orta su səviyyəsi 40 faizdən aşağı düşüb.

Dunay çayının Serbiya ərazisindən keçən hissəsində İkinci Dünya Müharibəsindən qalma alman döyüş gəmisinin gövdəsinin üzə çıxması ilə İspaniyada "Stonehenge" adlanan onlarla meqalit daş dairələr görünüb. Caceres bölgəsindəki Valdecanas su anbarındakı strukturların eramızdan əvvəl 5000-ci ilə aid olduğu güman edilir. 

1926-cı ildə alman arxeoloqu Hugo Obermaier tərəfindən kəşf edilən ərazi 1963-cü ildə Fransisko Frankonun dövründə kənd yerlərinin inkişafı layihəsi ilə su altında qalıb. O vaxtdan bəri yalnız dörd dəfə tam görünə bilib.

Guadalperal daşlarının muzeyə və ya quru torpaqda başqa yerə köçürülmsəi təklif edilir.

“Nature Geoscience” jurnalında dərc olunan araşdırmaya görə, İber yarımadası iqlim dəyişikliyi səbəbindən son 1200 ilin ən quraq dövrünü yaşayır.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026