• Bakı 15° C

    1.42 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

8 milyon insana təxliyə xəbərdarlığı

DÜNYA

19 Sentyabr 2022 | 11:54 | Müəllif: Qalib İbrahimoğlu

8 milyon insana təxliyə xəbərdarlığı

Şərqi Asiyada meydana gələn Nanmadol qasırğasının təsirinə məruz qalan Yaponiyada insanlara  xəbərdarlıq edilib.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin 5 kodlu xəbərdarlığında 3,7 milyon ev və təxminən 8 milyon insan təxliyəyə çağırılıb. Çağırışlar Kyuşu, Şikoku və Çuqoku bölgələrini əhatə edib.

Tayfunun Kyuşudan şimala doğru hərəkət edərək materik Honsyuya çata biləcəyi bildirilib. Qeyd olunub ki, ölkədə bu il baş verən 14-cü tayfun olaraq təyin olunan “Nanmadol” xətti hərəkətli yağıntıları müxtəlif nöqtələrə daşıyacaq.

Nazirlər Kabinetini toplayan Baş nazir Kişida Fumio xalqdan "ən kiçik bir təhlükə aşkar edilərsə" dərhal evakuasiya məntəqələrinə sığınmağı xahiş edib.

Yaponiya Meteorologiya Agentliyinin əvvəlki xəbərdarlığında da görünməmiş fırtına səviyyəsinin regionda rekord miqdarda yağıntıya səbəb olacağı bildirilmişdi.\

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026