• Bakı 13° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Donetsk atəşə tutuldu - Xeyli sayda ölü və yaralı var

DÜNYA

19 Oktyabr 2022 | 11:05

Donetsk atəşə tutuldu - Xeyli sayda ölü və yaralı var

Rusiya Silahlı Qüvvələrinin son sutkada Ukraynanın Donetsk vilayətinin Kuraxovo, Baxmut, Kurdyumovka və Seversk yaşayış məntəqələrini atəşə tutması nəticəsində 4 dinc sakin ölüb, 12-si yaralanıb.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə vilayətin Hərbi Administrasiyasının rəhbəri Pavel Kirilenko bildirib.

Onun sözlərinə görə, Ukraynanın Liman şəhərinin Rusiyanın işğalı altında olan zaman öldürülən səkkiz dinc sakinin isə meyiti aşkarlanıb.

Belə ki, işğal dövründə Rusiya hərbçiləri tərəfindən Donetskin Liman və Svyatoqorsk şəhərlərindəki yaşayış binalarının 90 faizi dağıdılıb. Ümumilikdə, vilayət üzrə müharibə nəticəsində 1 046 dinc sakin öldürülüb, 2 436 nəfər isə yaralanıb. Bu statistik göstəricidə Mariupol və Volnovaxedəki qurbanlar nəzərə alınmayıb.

Ukraynanın Zaporojye vilayətinin hərbi administrasiyasının başçısı Aleksandr Staruxun sözlərinə görə, Rusiya yaşayış məntəqələrindən birinə “S-300” kompleksindən raket atması nəticəsində mülki obyektlərdən birində yanğın baş verib.

Ukraynanın Enerqodar şəhərinin başçısı Dmitri Orlov bildirib ki, Rusiya hərbçiləri bütün gecə və səhər saatlarında regionun sənaye obyektlərini və mülki binaları atəşə tutub. Onun sözlərinə görə, şəhər şurası icraiyyə komitəsinin binasına və elektrik yarımstansiyasına ziyan dəyib. Başçı həmçinin şəhərdə içməli su qıtlığının yarandığı barədə məlumat verib. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026