• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Üç ildir xəstəxanada yaşayan Qorbaçov yaddaşını itirir - AÇIQLAMA

DÜNYA

20 Avqust 2022 | 11:30 | Müəllif: Subhan Mahmudov

Üç ildir xəstəxanada yaşayan Qorbaçov yaddaşını itirir - AÇIQLAMA

SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov artıq 3 ildir ki, xəstəxanada yaşayır.

Bakıvaxtı.az Azpost.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının müxbir üzvü, iqtisadçı alim Ruslan Qrinberq “Zvezda” telekanalına danışıb.

Mərkəzi Kilinik Xəstəxanasında yatan Qorbaçovu ziyarət etdiyini deyən Qrinberqin sözlərinə görə, Qorbaçov şəkər xəstəliyindən və böyrək problemindən əziyyət çəkir. O, mütəmadi olaraq dializ edilir.

Qrinberq qeyd edir ki, 91 yaşlı Qorbaçov nadir hallarda yataqdan qalxır:

"Onun yaddaşında da problem var. Söhbət zamanı onda unutqanlıq yarandığı hiss edilir, çünki mövzuları qarışdırır

Məlumata görə, Qorbaçov üçün xəstəxanada ev şəraiti qurulub. Görünür, dəfələrlə ölüm xəbəri yayılan Qorbaçov hələ bir müddət də xəstəliklə və qocalıqla mübarizə aparmağa davam edəcək.

Mixail Qorbaçov 15 mart 1990-cı ildən 25 dekabr 1991-ci ilə qədər SSRİ prezidenti olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026