• Bakı 13° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiyanın generalı Moskvanın mərkəzində ÖLÜ TAPILDI

DÜNYA

21 Iyul 2022 | 13:58

Rusiyanın generalı Moskvanın mərkəzində ÖLÜ TAPILDI

Rusiya Federal Təhlükəsizlik Xidmətinin 76 yaşlı general-mayoru Yevgeni Lobaçov Moskvada ölü tapılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə REN TV öz mənbəsinə istinadla xəbər yayıb.

Onun sözlərinə görə, zabitin meyiti iyulun 20-də, axşam saatlarında Kaçalinskaya küçəsindəki evlərdən birinin girişində tapılıb. Yanında TT tapançası olub.

Məlumata görə, Lobaçovun həyat yoldaşı hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, o, iyulun 20-də günorta saatlarında gəzintiyə çıxıb və evə qayıtmayıb.

Mənbə dəqiqləşdirib ki, generalın səhhətində problemləri olub, həmçinin maddi sıxıntılar çəkib. Hüquq-mühafizə orqanları araşdırmaya başlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026