"İlk dəfə idi ki, gəlin mənə xına yaxırdı. Mən ona şeir desəm də, o, məni eşitmirdi. Bəs mən bir gün olmasam, balalarımın könlünü kim alacaq?"
Bakıvaxtı.az xəbər verir ki, bunu şairə Nazilə Səfərli sosial şəbəkə hesabında paylaşıb.
O, eşitmə və danışma qüsuru olan gəlin haqqında ürək sözlərini izləyiciləri ilə bölüşüb:
"Gəlinin adı Əfsanədir. 6 aylığında qızdırması qalxıb, həkimə aparıblar. Həkim üç gün aralığında iki İynə vurub və Əfsanənin qulağı eşitmə qabiliyyətini itirib. Əfsanə nə eşidir, nə danışır. İllər öncə onu xalasının xahişi ilə xına gecələrində xına çəkməyə dəvət etdik. Peşəkar deyildi, öyrətdik. İki il öncə anasını itirdi. Mənə xəbər göndərib ki, Nazilə xanıma deyin, xınamı yaxsın. Anam yoxdur, yanımda olsun. Bu gün toyu və xınanı çəkdik. Əfsanə öz çevrəsindan nitq və eşitmə əngəlli bir oğlanla evləndi".
Xəyalə Rza
















