“Zəmanə elədir ki, qohumlardan bir az uzaq olmaq lazımdır. Haradan bilirsən sabah nə olacaq? Zəmanə indi fərqlidir. Mənə deyirlər ki, qohumlardan ehtiyatlı ol. Çünki baxırlar, əməlli-başlı üçotaqlı ev, iki eyvan”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Xalq artisti Cavan Zeynallı qonaq olduğu verilişdə deyib.
Onun sözlərinə görə, avtomobilini satdığı üçün hazırda metrodan istifadə edir: “Maşınımı satmışam. Röyanın (C.Zeynallının mərhum həyat yoldaşı – red.) “Nissan” markalı avtomobili var idi. Qanunları bilmirəm, sən demə, vəfatından il yarım keçəndən sonra ərin adına keçir. "ASAN Xidmət"dən zəng etdilər ki, gəlin, avtomobili sizin adınıza sənədləşdirək. Deyirəm ki, hansı maşın, satmışam. İndi metro ilə gedirəm, rahatam, orada tıxac olmur. Bəzən deyirlər Cavan, məşhur adamsan, səni bütün xalq sevir, amma metro ilə gedirsən. Cavab verirəm ki, nə olsun?”
Sənətçi mirasını hansı qohumuna verəcəyi ilə bağlı suala belə cavab verib: “Hələ yox. Gərək vaxt keçsin. Zəmanə ayrıdır. Yaxın qohumum yoxdur. Zaman özü göstərəcək hər şeyi”.
Qeyd edək ki, Xalq artisti Cavan Zeynallının həyat yoldaşı Röya xanım ötən ilin dekabr ayında dünyasını dəyişib.
Xəyalə Rza
















