Müğənni Nurlan Təhməzli özünə "star" deyənlərdən gileylənib.
Bakıvaxtı.az-ın məlumatına görə, belə ki, o, müğənnilər Elvin Babazadə və Hissin verdiyi açıqlamaya söz atıb.
"Aygün və Röyadan sonra mən staram demək düz deyil. Bu yaxınlarda Tolikin ad günündə Aygün Kazımovanın çıxışını gördüm. Həqiqətən qadın bir ulduzdur. Bunun qarşılığında Aygün və Röyadan sonra 3-cü mənəm demək, nə bilim... Bir mahnı oxumaq, yaxud bir konsert vermək, qəribə geyim geyinib ortada oynamaq starlıq deyil",- deyə Nurlan Təhməzli bildirib.
N.Təhməzli E.Babazadənin özünü ulduz adlandırmağına isə belə reaksiya verib: "Nə tez? O adı onlara kim verib? Ulduz adını iki-üç mahnı oxumaqla almaq olmur. Görün Röya və Aygünün neçə hiti var. Say-say bitməz. Bir mahnı ilə trend olub özünə ulduz demək harda görünüb?"
Qeyd edək ki, bir müddət əvvəl müğənni Hiss Aygün Kazımova və Röya Ayxandan sonra özünü 3-cü sırada gördüyünü deyib. Elvin Babazadə isə "mən artıq starlığa doğru gedirəm" deyə açıqlama verib.
Xəyalə Rza
















