• Bakı 19° C

    0.61 m/s

  • USD - 1.7

    EUR - 1.8375

    RUB - 0.0189

İlk rübdə Azərbaycanın sığorta bazarı 8% böyüyüb

İQTİSADİYYAT

24 Aprel 2024 | 16:14

İlk rübdə Azərbaycanın sığorta bazarı 8% böyüyüb

2024-cü ilin birinci rübündə Azərbaycan sığorta bazarı üzrə yığımların həcmi 7,8% artaraq 373,14 milyon manata çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib. Bu dövrdə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin həcmi isə ötən ilin eyni dövrünə nisbətən 50% və ya 51 milyon manat artaraq 153,33 milyon manata bərabər olub. Ötən ilin eyni dövründə bu rəqəm 102,9 milyon manat təşkil edib.

      Ödənişlərin yığımlara nisbətən kəskin artması sığorta bazarının zərərliliyini artırıb. Belə ki, ötən ilin ilk üç ayında toplanmış hər 100 manat sığorta haqqının 29,5 manatı ödənişə yönəldilibsə, bu ilin ilk rübündə bu rəqəm 41 manat təşkil edib.


      SON XƏBƏRLƏR

      25 May 2024