• Bakı 22° C

    3.02 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

Rusiyanın dünya buğda ixracında payı artacaq - Proqnoz

İQTİSADİYYAT

24 May 2024 | 14:48 | Müəllif: Gülşən Şərif

Rusiyanın dünya buğda ixracında payı artacaq - Proqnoz

Bu il ilk dəfə Rusiya dünya taxıl bazarının dörddə birindən çoxunu tuta bilər.

Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Rusiyanın buğda ixracı ilə bağlı Beynəlxalq Taxıl Şurası proqnozunu açıqlayıb.

Proqnoza görə, 2017-2018-ci kənd təsərrüfatı illərində Rusiyanın göstəricisi 23,4 faiz, 2023-cü ildə 23,2%-ə yaxın təşkil edib. Bu il isə Rusiyanın dünya buğda ixracında payı rekord həddə, 25,8% faizə qədər yüksələ bilər. 

Bundan başqa, dünya buğda ixracı ötən illə müqayisədə 205,7 milyon tona çatacaq.

Qeyd edək ki, Beynəlxalq Taxıl Şurası hökumətlərarası təşkilatdır və məqsədi taxıl ticarəti, eləcə də bazar sabitliyi və qlobal ərzaq təhlükəsizliyi sahəsində beynəlxalq əməkdaşlığı dərinləşdirməkdir. Rusiya təşkilatın üzvüdür.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Oktyabr 2026