• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

İmran Xan Pakistan hökumətinə 6 gün VAXT VERDİ

DÜNYA

29 May 2022 | 10:31 | Müəllif: Subhan Mahmudov

İmran Xan Pakistan hökumətinə 6 gün VAXT VERDİ

Pakistanda vəzifəsindən uzaqlaşdırılan keçmiş baş nazir İmran Xan  Şahbaz Şərif administrasiyasını təhdid edib. 

Bakıvaxtı.az CNN İnternational-a istinadən xəbər verir ki, İmran Xan  Pakistanın  ABŞ-da yetişdirilən “xainlər” tərəfindən idarə olunduğunu deyib:  "Bu xaricdən gətirilən hökumətə yeni seçkilər elan etmək üçün 6 gün vaxt verirəm. Əks halda, 2 milyon insanla yenidən İslamabada girəcəyəm" 

Xatırladaq ki, aprelin 10-da Pakistan parlamentində keçirilən etimad səsverməsi nəticəsində İmran Xanın hökuməti süqut edib. Aprelin 11-də keçirilən seçkidə ölkədə üç müddət baş nazir olmuş Nəvaz Şərifin qardaşı Şahbaz Şərif 174 səslə mütləq əksəriyyətin dəstəyi ilə baş nazir seçilib.(unikal)

Bu vəziyyəti ölkəsinin “qaz təchizatı, buğda və kibertəhlükəsizliklə bağlı texnologiyaya ehtiyacı var” sözləri ilə müdafiə edən Xan hökumətinin devrilməsində ABŞ-ı günahlandırır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026