• Bakı 9° C

    8.29 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Bu gün Madriddə NATO-nun 2 günlük sammiti başlayır

DÜNYA

28 Iyun 2022 | 09:43

Bu gün Madriddə NATO-nun 2 günlük sammiti başlayır

Bu gün İspaniyanın paytaxtı Madriddə NATO-nun iki günlük sammiti öz işinə başlayacaq.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə NATO-nun saytında məlumat yerləşdirilib.

Bildirilib ki, sammitdə NATO-ya üzv ölkələrin, həmçinin əsas tərəfdaş ölkələrin dövlət və hökumət başçıları iştirak edəcəklər.

Qeyd olunub ki, sammit çərçivəsində Rusiyanın Ukraynadakı müharibəsi və Avropada yeni təhlükəsizlik reallığının NATO-nun yayındırma və müdafiə siyasətinə təsirləri, həmçinin Çinin böyüyən nüfuzu, iqlim dəyişikliyi kimi məsələlərin təhlükəsizliyə təsirləri də daxil olmaqla müxtəlif çağırışlara alyansın yanaşması müzakirə ediləcək.

2022 NATO Sammiti çərçivəsində alyansın dəyərlərini, məqsədini və tapşırıqlarını əks etdirən 2022 NATO Strateji Konsepsiyası qəbul ediləcək.

Madrid sammiti iyunun 30-da başa çatacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026