• Bakı 21° C

    5.88 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Anqolada son 300 ildə ən iri çəhrayı almaz aşkar edilib

DÜNYA

28 Iyul 2022 | 02:27 | Müəllif: Qalib İbrahimoğlu

Anqolada son 300 ildə ən iri çəhrayı almaz aşkar edilib

Avstraliyanın Cənubi Afrikada kəşfiyyat və almaz hasilatı ilə məşğul olan “Lucapa Diamond Company” dağ-mədən şirkəti Anqoladakı Lulu şaxtasında xalis çəhrayı almaz tapıldığını elan edib.

Bakıvaxtı.az xəbər verir ki, şirkətin məlumatına görə, çəkisi 170 karat olan və “Rosa-du-Lulu” adı verilmiş bu almaz son 300 ildə aşkar edilmiş ən iri almazdır.

Anqolanın mineral ehtiyatlar və neft naziri Diamantinu Azevedo bəyan edib ki, rekord ölçülü bu çəhrayı almazın aşkar edilməsi Anqolanın dünya əhəmiyyətli almaz hasilatı mərkəzi olduğunu təsdiq edir.

“Rosa-du-Lulu” beynəlxalq hərracda çox yüksək qiymətə satılacaq (azərtac).

2017-ci ildə çəkisi 59,6 karat olan “Çəhrayı ulduz” brilyantı Honkonq hərracında 71,2 milyon ABŞ dollarına və ya təqribən 70 milyon avroya satılıb. “Çəhrayı ulduz” indiyə qədər tarixdə ən bahalı brilyant kimi qalır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR