• Bakı 10° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Rusiya hazırlığını tamamladı: "referendum" keçiriləcək

DÜNYA

26 Avqust 2022 | 22:17 | Müəllif: Subhan Mahmudov

Rusiya hazırlığını tamamladı: "referendum" keçiriləcək

Rusiya Ukraynanın ələ keçirdiyi ərazilərdə “referendum” hazırlığını demək olar ki, başa çatdırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məlumat yayıb.

Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitskiyin sözlərinə görə, “referendum”lar müxtəlif bölgələrdə keçirilə bilər. Ancaq ilk növbədə bunun Zaporojye və Xerson vilayətlərində baş tutacağı gözlənilir.

“Ukraynanın hərbi kəşfiyyatı hazırda ordakı bütün prosesləri aydın şəkildə izləyir. Bu gün biz bunu deyə bilərik ki, “referendum”la bağlı müvafiq seçki qərargahlarının yaradılması, seçici siyahıları, seçki komissiyalarının yaradılması kimi hazırlıq prosesləri demək olar başa çatıb”, - o bildirib.(axar.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026