• Bakı 17° C

    4.94 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Səfərbərlikdən qaçan Rusiya vətəndaşları Qazaxıstan sərhədində saxlanıldı - FOTOLAR

DÜNYA

25 Sentyabr 2022 | 19:22

Səfərbərlikdən qaçan Rusiya vətəndaşları Qazaxıstan sərhədində saxlanıldı - FOTOLAR

Qazaxıstan sərhədçiləri buraxılış məntəqəsindən kənarda dövlət sərhədini qanunsuz keçməyə cəhd edən üç Rusiya vətəndaşını saxlayıblar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin saytında məlumat verilib.

Qeyd olunur ki, sərhəd pozucuları bu gün Sərhəd Xidmətinin Kostanay vilayəti üzrə departamentinin ərazisində saxlanılıblar.

Onlar bu hərəkətlərini Rusiyada həyata keçirilən qismən səfərbərlikdən yayınmaq cəhdi kimi izah ediblər.
Hazırda saxlanılan şəxslər dindirilir, bundan sonra onlar Rusiya tərəfinə təhvil veriləcək.

Nazirlik vurğulayıb ki, Rusiya Federasiyasındakı səfərbərliklə əlaqədar Qazaxıstan sərhəd qoşunlarının bölmələri və buraxılış məntəqələri gücləndirilmiş iş rejimində işləyir.


SON XƏBƏRLƏR

25 Aprel 2024