• Bakı C

    12.34 m/s

  • USD - 1.7

    EUR - 1.8507

    RUB - 0.0182

Malinin Baş naziri: “Fransa Sahel terrorçularını silahlandırır”

DÜNYA

25 Sentyabr 2022 | 21:21

Malinin Baş naziri: “Fransa Sahel terrorçularını silahlandırır”

Malinin baş naziri Abdulay Mayqa bildirib ki, ölkə hakimiyyəti Fransanın Saheldəki terror qruplaşmalarını silahla təmin etdiyinə dair sübut təqdim etməyə hazırdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, BMT Baş Assambleyasının 77-ci sessiyasındakı çıxışı zamanı məlumat verib.

A.Mayqa həmçinin Mali hakimiyyətinin Fransanın Sahel bölgəsindəki hərəkətlərini müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının çağırılması tələbini xatırladıb. O, bildirib ki, Fransa BMT Təhlükəsizlik Şurasının üzvü kimi bu iclasın keçirilməsinə mane olur.

Belə ki, baş nazir fürsətdən istifadə edib birbaşa BMT-nin baş katibi Antonio Quterreşə məsələ ilə bağlı müraciət edib.

Baş nazir, həmçinin dövlətin suverenliyinə, onun strateji seçiminə və Mali xalqının həyati maraqlarına hörmətlə yanaşmağın zəruriliyini xatırladıb.


SON XƏBƏRLƏR

18 Mart 2024