• Bakı 12° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bayden Ağ Evin bağçasında yolunu azdı - VİDEO

DÜNYA

25 Oktyabr 2022 | 18:11 | Müəllif: Subhan Mahmudov

Bayden Ağ Evin bağçasında yolunu azdı - VİDEO

Ağ Evin bağçasında Prezident iqamətgahı ərazisinin nəzarətçisi Deyl Heyninin xidməti fəaliyyətinin 50 illiyi şərəfinə ağacəkmə mərasimi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, tədbirdə iştirak edən ABŞ Prezidenti Co Bayden mərasimdən sonra yolu səhv salıb.

Bununla bağlı yayılan görüntülərdə 79 yaşlı Amerika liderinin ağac əkdikdən sonra çıxışa yox, bağın dərinliyinə doğru yol irəlilədiyi görünür. Sonra o dayanır və mühafizəçilərdən, “Hara getməliyəm?” - deyə soruşur.

Ona doğru yol göstərildikdən sonra Bayden bununla bağlı zarafat edir. Əvvəlcə başqa yolla getmək istədiyini bildirən Prezident hərəkətlərini seçməkdə “çox sərbəstliyə sahib olduğunu” əlavə edir.

Bundan sonra o, həyat yoldaşı Cil Baydenlə birlikdə çıxışa doğru yollanır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026