• Bakı C

    1.7 m/s

“Cənub axını” kəmərində terror aktının qarşısı alınıb - Rusiya FTX 

DÜNYA

24 Noyabr 2022 | 13:10

“Cənub axını” kəmərində terror aktının qarşısı alınıb - Rusiya FTX 

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) “Cənub axını” qaz kəmərində Ukrayna xüsusi xidmət orqanlarının terror aktının qarşısını alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

Bildirilib ki, terror aktının hazırlanmasında iştirak edən Rusiya Federasiyasının vətəndaşları saxlanılıb.

“Terror aktının hazırlanmasında və resurs təminatında iştirak edən Rusiya vətəndaşları saxlanılıb. Onlardan 4 maqnit mina, 4 kq plastit, 593 min rubl və yazışma və danışıqların olduğu rabitə vasitələri Ukraynanın xüsusi xidmət orqanlarının kuratoru ilə partlayıcı qurğunun yığılması və quraşdırılmasına dair təlimatlar, habelə vəsaitlərin köçürülməsi və Volqoqrad vilayətində partlayış yerinin koordinatları götürülüb", - məlumatda qeyd olunub./apa


SON XƏBƏRLƏR