ABŞ-da başlayan qar fırtınası ölkənin bütün şərqində və qərbin daxili hissələrində güclü qar, güclü külək və şaxtalı soyuqla daha da təsirli olur.
Bakıvaxtı.az xəbər verir ki, ABŞ Milli Meteorologiya Xidməti son dərəcə təhlükəli çovğunun ölkədə 200 milyondan çox insanı, ölkə əhalisinin 60 faizini əhatə etdiyini açıqlayıb və vətəndaşları tədbir görməyə çağırıb.
Sərt hava şəraiti səbəbindən ölkənin bir çox bölgəsində nəqliyyatın demək olar ki, qeyri-mümkün olduğu bir vaxtda Milad qeyd etmələrinə 1 gün qalmış 4500-dən çox reysin ləğv edildiyi və gecikdiyi bildirilib.
Ölkədə şiddətli fırtına səbəbindən 3 nəfərin öldüyü bildirilib. Kentukki ştatında fırtına nəticəsində baş verən yol qəzasında 2 nəfərin, sığınacaq şəraitinin qeyri-kafi olması səbəbindən isə 1 nəfərin həyatını itirdiyi bildirilib.
ABŞ Milli Meteorologiya Xidməti son dərəcə təhlükəli çovğunun ölkədə 200 milyondan çox insanı, ölkə əhalisinin 60 faizini əhatə etdiyini açıqlayıb və vətəndaşları tədbir görməyə çağırıb.
Ay Tac















