Amerikada rəqs klubuna silahlı hücum olub.
Bakıvaxtı.az-ın xarici mətbuata istinadla xəbərinə görə, hadisə Birləşmiş Ştatların Kaliforniya ştatının Los-Anceles şəhəri yaxınlığındakı Monterey Park şəhərində qeydə alınıb.
Hücum nəticəsində 10 nəfər ölüb, 10 nəfər yaralanıb. Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilib.
72 yaşlı şübhəli Huu Can Tran Monterey Parkından təxminən 50 kilometr aralıda - Torrance şəhərində ağ furqonda ölü tapılıb. Polis Huu Can Tranın təhlükəsizlik qüvvələrinin əvvəlcə mühasirəyə aldıqdan sonra içəri girdiyi mikroavtobusda yarı avtomatik tapança ilə özünü vurduğunu açıqlayıb.
Monterey Parkındakı hücumun səbəbi hələlik məlum deyil. Huu Can Tranın Əlhambra şəhərində başqa bir rəqs klubunu da hədəf almağa çalışdığını bildirib.
Murad Məmmədli
















