• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Malidə BMT sülhməramlıları minaya düşüb - FOTO

DÜNYA

21 Fevral 2023 | 23:25 | Müəllif: Subhan Mahmudov

Malidə BMT sülhməramlıları minaya düşüb - FOTO

Fevralın 21-də Malidə BMT-nin sülhməramlı missiyasının karvanı ölkənin mərkəzində əldəqayırma partlayıcı qurğu ilə partladılıb.

Bakıvaxtı.az xəbər veir ki, bu barədə missiyanın “Twitter” hesabında məlumat verilib.

Üç sülhməramlının həlak olduğu, daha beşinin isə ağır yaralandığı bildirilir. Missiya qeyd edir ki, ilkin məlumatlara görə, hücumçuların hədəfi konvoy olmayıb. Digər təfərrüat hələlik məlum deyil.

Qeyd edək ki, BMT missiyasının başladığı 2013-cü ildən bəri Malidə ən azı 281 sülhməramlı öldürülüb.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR