• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Moskvada oteldə yanğın: 6 ölü, 9 yaralı - YENİLƏNİB

DÜNYA

22 Fevral 2023 | 00:56 | Müəllif: Subhan Mahmudov

Moskvada oteldə yanğın: 6 ölü, 9 yaralı - YENİLƏNİB

Moskvanın mərkəzində, Mezhdunarodnaya küçəsində yerləşən MKM otelinin binasında baş verən yanğın nəticəsində ölənlərin sayı 6-ya çatıb, onlardan ikisi uşaqdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

"Yanğın nəticəsində altı nəfər - dörd böyük və iki uşaq həlak olub", - mətbuat xidmətindən bildiriblər.

00:29

Moskvada “MKM” otelində baş verən yanğın nəticəsində 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Beynəlxalq küçə, 15 ünvanında yerləşən 17 mərtəbəli binada baş verib.

 200 nəfər təxliyə edilib. 

Prokurorluq yanğın təhlükəsizliyi qaydalarına riayət olunması ilə bağlı yoxlamaya başlandığını elan edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026