• Bakı 11° C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

İranda yaşayış evinin uçması nəticəsində 3 nəfər ölüb

DÜNYA

23 Mart 2023 | 23:45 | Müəllif: Subhan Mahmudov

İranda yaşayış evinin uçması nəticəsində 3 nəfər ölüb

Cümə axşamı İranın şimalında yerləşən Vəramin şəhərində yaşayış binasının uçması nəticəsində azı 3 nəfər ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran Qızıl Aypara Cəmiyyəti öz rəsmi saytında məlumat yayıb.

Məlumata görə, binanın uçması ilə bağlı ilk xəbərləri aldıqdan sonra iki xilasetmə qrupu təcili hadisə yerinə gəlib. Onlar dağıntılar altından kişi, qadın və uşaq meyitlərini çıxarıblar.

İnsanların hələ də dağıntılar altında olub-olmaması barədə məlumat verilmir.

Binanın çökməsinin səbəbi hələlik məlum deyil. Yerli hakimiyyət hadisə ilə bağlı araşdırmalara başlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026