İsveçin Höteburq şəhərində iki mindən çox insan ölkənin NATO-ya daxil olmasına qarşı aksiyaya çıxıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Höteburgs-Posten” qəzeti məlumat yayıb.
Nümayişçilər ölkənin ənənəvi xarici siyasət xəttinə - ittifaqlardan azad olmağa və neytrallığı qorumağa çağırırlar.
















