• Bakı 15° C

    3.71 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

ABŞ öz ehtiyat tanklarını Kiyevə verir

DÜNYA

24 Mart 2023 | 00:43 | Müəllif: Subhan Mahmudov

ABŞ öz ehtiyat tanklarını Kiyevə verir

ABŞ Ukraynanı Pentaqonun bazasındakı "M1 Abrams" tankları ilə təmin edəcək, əvvəllər planlaşdırıldığı kimi yenilərini istehsal etməyəcək. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin rəhbəri Lloyd Ostin deyib.

“Biz anbarlardan tankları götürürük, onları ixraca uyğunlaşdırmaq üçün yenidən düzəldirik. Beləliklə, bu, yeni istehsalın bir hissəsi kimi deyil, əldə olan tankların verilməsidir", - o bildirib.

Qeyd edək ki, “Abrams” tanklarının Ukraynaya göndərilməsi ilə bağlı qərar yanvar ayında ABŞ Prezidenti Co Bayden tərəfindən açıqlanıb. Bu yaxınlarda bildirilib ki, Kiyev Vaşinqtondan 30-a yaxın “Abrams” tankı alacaq, lakin M1A2 deyil, M1A1-in köhnə versiyasında.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026